C.Ə.Axundovun Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə səlahiyyətli səfiri təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə səlahiyyətli səfiri təyin edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 3 noyabr.- S. 3.