Milli Məclisdə
qəbul
Noyabrın 2-də Milli Məclisin Sədri Oqtay Əsədov Ukraynanın Yalta şəhərinin meri Sergey Braykonun
başçılığı ilə nümayəndə
heyətini qəbul etmişdir.
Milli Məclisin Sədri Yalta şəhər Şurasının
nümayəndələrini səmimi salamlayaraq onları Milli Məclisdə görməyindən
məmnun olduğunu bildirdi. Qeyd edildi ki, ölkələrimiz
müstəqillik əldə
etdikdən sonra dövlətlərarası münasibətlərimiz
strateji tərəfdaşlıq
səviyyəsinədək yüksəlmişdir. Dövlət
başçıları bu
əlaqələrin daha
da möhkəmlənməsini
daim diqqət mərkəzində saxlayırlar.
Spiker parlamentlər
səviyyəsində də
əməkdaşlığımızın
yüksələn xətlə
inkişaf etdiyini vurğuladı. Qeyd edildi ki, hər
iki ölkənin qanunvericilik orqanlarında parlamentlərarası əlaqələr
üzrə işçi
qrupları fəaliyyət
göstərir. Bu, təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir. Deputatlarımız
müxtəlif beynəlxalq
qurumlar, o cümlədən GUAM kimi
regional təşkilatlar
çərçivəsində də faydalı əməkdaşlıq edirlər.
Söhbət zamanı Spiker vaxtilə mövcud olmuş "qardaşlaşmış şəhərlər"
ənənəsinin bərpasını
yüksək dəyərləndirdi.
O, Yalta ilə Xaçmaz arasında bu sahədə imzalanmış sənədi
əhəmiyyətli hesab
etdi. Bildirildi ki, bu cür
əməkdaşlıq ölkələrimizin
ayrı-ayrı bölgələri arasında
əlaqələrin daha
da dərinləşməsinə
xidmət edir.
Səmimi qəbul üçün minnətdarlığını
bildirən qonaq Azərbaycanda keçirdiyi
görüşlərdən məmnun olduğunu bildirdi. O, Xaçmazla
Yalta arasında imzalanmış müqaviləni
yüksək dəyərləndirərək,
Ukrayna ilə Azərbaycanın bu bölgələri arasında
gələcək əməkdaşlığın
uğuruna böyük
ümidlər bəslədiyini
vurğuladı. Qonaq Azərbaycanda, o cümlədən Xaçmazda gördüyü
inkişafdan məmnun
olduğunu bildirdi. O, səfər müddətində
keçirdiyi görüşlərdən
və Azərbaycan torpağında gördüyü
qonaqpərvərlikdən məmnunluqla
danışdı.
Söhbətdə tərəfləri
maraqlandıran məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə ölkəmizin
Ukraynadakı səfiri
Tələt Əliyev
və digər rəsmi şəxslər
iştirak edirdilər.
Milli Məclisin mətbuat xidməti
Azərbaycan.- 2009.- 3 noyabr.- S. 3.