Bakıda təşkil
olunmuş beynəlxalq
konfrans çərçivəsində
"Xocalıya ədalət"
kampaniyasının təqdimatı
keçirilmişdir
Noyabrın 2-də Bakıda gəncliyin inkişafında İKT-nin
rolu mövzusu üzrə konfransda beynəlxalq kampaniyalarda
İKT-nın roluna həsr olunmuş təqdimat və müzakirələr aparılmışdır.
Tədbirdə "Xocalıya
ədalət" kampaniyası
ilə bağlı təqdimat keçirilmiş,
mövzu ilə bağlı fikir mübadiləsi olmuşdur.
Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə "Xocalıya
ədalət" kampaniyası
beynəlxalq səviyyədə
dünyanın 25 ölkəsində
aparılır. Bu kampaniyanın təbliğində
İKT vasitələrinin rolu
danılmazdır. Bu məqsədlə internet resurslarının yaradılması
Xocalı soyqırımının
dünyada tanıdılmasında
müstəsna rol oynamaqdadır. Azərbyacan
bu sahədə xeyli müsbət işlər görmüşdür.
İclasa sədrlik
edən İslam Konfransı Təşkilatının
Gənclər Forumunun
baş katibi Elşad İskəndərov
mövzu ilə bağlı saytın yaradıldığını bildirmiş,
qeyd etmişdir ki, hazırda kampaniyaya dünyanın
125 təşkilatı və
125 min insan qoşulmuşdur. Baş katib Xocalı soyqırımının ildönümü
ərəfəsində bir
sıra tədbirlərin
həyata keçiriləcəyini
də söyləyərək
demişdir:
- İlk növbədə "Xocalıya
ədalət" kampaniyası
ilə bağlı saytda bir il
ərzində baş verən yeniliklərin təqdimatı keçiriləcəkdir.
Təxminən 5 ölkədə
mövzu ilə bağlı kitabların nəşri nəzərdə
tutulur. Dekabrın
10-da Cenevrədə İnsan
Haqları gününə
həsr olunmuş
"Xocalı soyqırımı
insan haqlarının perspektivi baxımından"
adlı konfransın keçirilməsi planlaşdırılır.
Bu tədbirlərin hamısının hazırlanması
və İKT vasitəsilə
dünyaya çatdırılmasının
yolları bu konfransda müzakirə olunacaqdır.
Bilirsiniz ki, hazırda bu kampaniya 25 ölkədə
aparılır. Həmin
ölkələrdə kampaniyanı
aparan milli əlaqələndiricilər bu
tədbirə qoşulmuşlar.
Sabah gün ərzində onlar treninqlər keçəcək
və müvafiq sertifikatlar alacaqlar.
AzərTAc
Azərbaycan.- 2009.- 3 noyabr.- S. 4.