Azərbaycanın müdafiə naziri
Türkiyə Silahlı
Qüvvələrinin Quru
Qoşunları Komandanı
ilə görüşmüşdür
Noyabrın 2-də ölkəmizə rəsmi
səfərə gəlmiş
Türkiyə Respublikası
Silahlı Qüvvələrinin
Quru Qoşunları Komandanı, ordu generalı İşık
Koşanerin Azərbaycanın
müdafiə naziri, general-polkovnik Səfər
Əbiyevlə görüşü
olmuşdur.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər
xiyabanını və
türk şəhidlərinin
xatirəsinə ucaldılmış
abidəni ziyarət etdikdən sonra qonağın nazirlikdə
təntənəli qarşılanma
mərasimi keçirilmişdir.
Türkiyə-Azərbaycan
dostluğunun daim qorunub saxlanması və daha da
möhkəmləndirilməsi tərəflərin geniştərkibli
görüşünün əsas mövzusu olmuşdur.
Hərbi-texniki əməkdaşlığın yeni inkişaf perspektivləri, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
yolları barədə
də fikir mübadiləsi aparılmışdır.
Görüşdə Türkiyənin
Azərbaycandakı səfiri
Hulusi Kılıç
iştirak etmişdir.
Azərbaycan.- 2009.- 3 noyabr.- S.4.