BMT-nin baş qərargahında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı "dəyirmi masa" keçirilmişdir

 

Noyabrın 2- Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş qərargahında Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə bu mötəbər beynəlxalq qurumun Baş Məclisində Təhlükəsizlik Şurasında yayılmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi aspektlərinə həsr olunmuş bir sıra məruzələrlə bağlı BMT Baş Məclisinin 64-cü sessiyasının gündəliyinin "Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət" adlı bəndi üzrə "dəyirmi masa" keçirilmişdir. Müzakirələrdə BMT-nin üzvü olan dövlətlərin, qurumun katibliyi ixtisaslaşmış bölmələrinin nümayəndələri iştirak etmişlər.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev tədbiri açaraq, münaqişənin tarixi mövcud hüquqi aspektləri barədə məlumat vermişdir. Sonra Azərbaycan Respublikasının hüquq məsləhətçisi, tanınmış beynəlxalq hüquqşünas professor Malkolm Şou məruzələrin məğzi məsələ üzrə mövcud hüquqi vəziyyət, təminatlar mexanizmlər barəsində ətraflı çıxış etmişdir.

Daha sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi dialoq aparılmışdır. Tədbirdə çıxış etmiş dövlətlərin nümayəndələri münaqişənin beynəlxalq hüquq Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyini vurğulamış Azərbaycan tərəfinin bu müzakirələrin təşkil edilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirmişlər. Səfir Aqşin Mehdiyev professor Malkolm Şou tədbir iştirakçılarının suallarını cavablandırmış əlavə şərhlər vermişlər.

Tədbirin sonunda iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış BMT-nin sənədlər toplusu təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 noyabr.- S. 4.