"Dövlət qulluğu
haqqında" Azərbaycan
Respublikasının Qanununa
əlavələr və
dəyişikliklər edilməsi
barədə
"Dövlət qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 1, maddə
1, ¹ 3, maddə 131; 2002-ci il,
¹ 12, maddə 693; 2003-cü il, ¹ 1, maddə 16;
2004-cü il, ¹ 1, maddə
10, ¹ 4, maddə 199, ¹ 5, maddə
321, ¹ 8, maddə 597, ¹ 11, maddə
884; 2005-ci il, ¹ 6, maddələr
463, 475, ¹ 10, maddə 874; 2006-cı il, ¹ 5, maddə 386, ¹ 6, maddə
479, ¹ 8, maddə 657, ¹11, maddə
927, ¹ 12, maddələr 1005, 1014; 2007-ci il, ¹ 2, maddə 83, ¹ 5, maddə 434, ¹ 7, maddə
711, ¹ 10, maddə 934, ¹ 11, maddələr
1049, 1074, 1078, ¹ 12, maddələr 1213,
1219; 2008-ci il, ¹ 3, maddə 153, ¹ 5, maddələr
326, 341, ¹ 6, maddələr 471, 481, ¹ 10, maddə
881; 2009-cu il, ¹ 2, maddə
54; ¹ 5, maddə 311; Azərbaycan
Respublikasının 2009-cu il
26 may tarixli 820-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr
və dəyişikliklər
edilsin:
1. 8-ci maddə
üzrə:
1.1. 8.1.1-ci maddədə
"Məhkəmə-Hüquq
Şurasının Aparatı"
sözlərindən əvvəl
"Naxçıvan Muxtar
Respublikasının Ali
Məclisi," sözləri
əlavə edilsin;
1.2. 8.1.2-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"8.1.2. əsas səlahiyyətləri
Azərbaycan Respublikasının
Konstitusiyası və
ya Azərbaycan Respublikasının Konstitusiya
qanunları ilə müəyyən edilən
dövlət orqanları
- müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan
Muxtar Respublikasının
İnsan hüquqları
üzrə müvəkkilinin (ombudsmanın)
Aparatı (2-ci kateqoriya
dövlət orqanları);";
1.3. 8.1.3-cü maddədən
"müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi" sözləri
çıxarılsın;
1.4. 8.1.4-cü maddədən
"Naxçıvan Muxtar
Respublikasının İnsan
hüquqları üzrə
müvəkkilinin (ombudsmanın)
Aparatı" sözləri
çıxarılsın.
2. 17.3-cü maddə
üzrə:
2.1. birinci hissə aşağıdakı
redaksiyada verilsin:
"İnzibati vəzifələrin
birinci təsnifatı
istisna olmaqla, ikinci-üçüncü təsnifat
inzibati vəzifələri
tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün
dövlət qulluğunda
azı 10 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə
azı 3 il qulluq stajı olmalıdır.";
2.2. beşinci
hissədə "birinci
və ikinci hissələrində" sözləri
"ikinci hissəsində"
sözləri ilə əvəz edilsin.
3. 28-ci maddə
üzrə:
3.1. 28.4-cü maddədən
"vahid" sözü
çıxarılsın;
3.2. 28.5-ci maddənin
ikinci cümləsi çıxarılsın;
3.3. 28.6-cı
maddə üzrə:
3.3.1. birinci cümlədə "namizədlər"
sözündən sonra
"vakant vəzifəyə
təyin edilmək üçün" sözləri
əlavə edilsin;
3.3.2. ikinci cümlədə "qəbul
edir və vakant vəzifəyə təyin edir" sözləri "qəbul
etməli və vakant vəzifəyə təyin etməlidir" sözləri ilə əvəz edilsin;
3.3.3. üçüncü-səkkizinci cümlələr
müvafiq olaraq dördüncü-doqquzuncu cümlələr
hesab edilsin və aşağıdakı
məzmunda üçüncü
cümlə əlavə
edilsin:
"Dövlət
orqanının rəhbəri
namizədlərin təqdim
olunduğu gündən
10 iş günü müddətində qəbul
etdiyi müvafiq qərar barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2009-cu il
Azərbaycan.- 2009.- 4 noyabr.- S. 1.