Azərbaycan Respublikasının Serbiya
Respublikasında (Belqrad
şəhərində) Səfirliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında
Azərbaycan Respublikasının Serbiya Respublikasında (Belqrad şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, Azərbaycan Respublikasının Serbiya
Respublikasında (Belqrad
şəhərində) Səfirliyinin
fəaliyyətinin təminatı
ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə
məsələlərini həll
etsin.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinə
tapşırılsın ki,
Azərbaycan Respublikasının
Serbiya Respublikasında
(Belqrad şəhərində)
Səfirliyinin strukturunu
və ştat cədvəlini təsdiq etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 4 noyabr.- S. 3.