Azərbaycan Respublikasının Böyük Liviya Ərəb
Sosialist Xalq Cəmahiriyyəsində (Tripoli şəhərində)
Səfirliyinin fəaliyyətinin təmin edilməsi
haqqında
Azərbaycan Respublikasının
Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində
(Tripoli şəhərində) Səfirliyinin fəaliyyətinin
təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, Azərbaycan Respublikasının
Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində
(Tripoli şəhərində) Səfirliyinin fəaliyyətinin
təminatı ilə bağlı maddi-texniki təchizat və
maliyyələşdirilmə məsələlərini həll
etsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, Azərbaycan Respublikasının
Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində
(Tripoli şəhərində) Səfirliyinin strukturunu və
ştat cədvəlini təsdiq etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 4 noyabr.- S. 3.