Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında

 

Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhərində) Səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat maliyyələşdirilmə məsələlərini həll etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhərində) Səfirliyinin strukturunu ştat cədvəlini təsdiq etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 4 noyabr.- S. 3.