"Dövlət qulluğu
haqqında" Azərbaycan
Respublikasının Qanununa
əlavələr və
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2009-cu il
30 sentyabr tarixli
885-IIIQD nömrəli Qanununun
tətbiq edilməsi haqqında
"Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavələr və dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2009-cu il 30
sentyabr tarixli 885-IIIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr
və dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2009-cu il 30 sentyabr tarixli 885-IIIQD nömrəli
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin
ki:
2.1. "Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun
8.1.2-ci maddəsində "müvafiq icra hakimiyyəti
orqanı" dedikdə Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;
2.2. həmin qanunun
28.6-cı maddəsinin üçüncü cümləsində
"müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya nəzərdə
tutulur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 4 noyabr.- S. 2.