"Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanına əlavələr dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə" (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹7, maddə 481; 2005-ci il, ¹5, maddə 403; 2008-ci il, ¹3, maddə 175, ¹11, maddə 970; 2009-cu il, ¹7, maddə 533) aşağıdakı əlavələr dəyişikliklər edilsin:

1. 2-ci bənddə "qərar sərəncamlarını" sözlərindən sonra ", Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri" sözləri əlavə edilsin.

2. 4-cü 5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

"4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara blanklara malikdir.

5. Komitənin saxlanma xərcləri fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.".

3. III fəsil çıxarılsın, II fəsil III fəsil hesab edilsin Əsasnaməyə aşağıdakı məzmunda II fəsil əlavə edilsin:

 

"II. Komitənin fəaliyyət istiqamətləri

 

6-1. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

6-1.1. dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyət göstərir;

6-1.2. dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir bu siyasətin həyata keçirilməsini təmin edir;

6-1.3. dövlət-din münasibətlərinin tənzimlənməsini inkişafını təmin edir;

6-1.4. dini qurumların dövlət qeydiyyatını həyata keçirir;

6-1.5. öz səlahiyyətləri daxilində dini tədris ilə bağlı məsələlərin tənzimlənməsində iştirak edir;

6-1.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.".

4. III fəslin adından 7-ci bənddən "əsas" sözü çıxarılsın.

5. 7.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"7.3. dini qurumların qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının həyata keçirilməsi, dini qurumların dövlət reyestrinin aparılması, dini qurumların dövlət qeydiyyatı haqqında məlumatların kütləvi informasiya vasitələrində dərc edilməsi, dini qurumların təşkilati işlərinin qanunauyğun qurulmasına köməklik göstərilməsi;".

6. Əsasnaməyə aşağıdakı məzmunda 7.9-1-7.9-8-ci bəndlər əlavə edilsin:

"7.9-1. ölkədəki dini durum haqqında Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə hesabatların təqdim edilməsi;

7.9-2. qanunda göstərilən əsaslar olduqda dini qurumun ləğv olunması barədə məhkəməyə müraciət edilməsi;

7.9-3. dini qurumlara münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunla nəzərdə tutulmuş qaydada hallarda nəzarət orqanının funksiyalarının həyata keçirilməsi;

7.9-4. qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxılması;

7.9-5. vətəndaşların dini tədris müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsinə qəbuluna razılıq verilməsi;

7.9-6. dini təyinatlı ədəbiyyatın, əşyaların dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına yayılmasına nəzarət edilməsi, o cümlədən dini təyinatlı ədəbiyyatın, əşyaların dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına yayılmasına, habelə onların satışı üçün ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılıq verilməsi;

7.9-7. dini ibadət yerlərinin tikintisinin yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verilməsi;

7.9-8. dini qurumların fəaliyyəti ilə bağlı mübahisəli məsələlərin həllində dövlət adından iştirak edilməsi;".

7. 7.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

"7.10. dini tədris müəssisələrinin fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün rəy verilməsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə dini tədris müəssisələrinin proqramlarının təhlil edilməsi, tədris plan proqramlarının təsdiq edilməsi, dini tədrisin keyfiyyətinin müəyyən edilməsi üçün rəy verilməsi;".

8. Əsasnaməyə aşağıdakı məzmunda 7.15 - 7.18-ci bəndlər əlavə edilsin:

"7.15. din sahəsində mütəxəssislərin hazırlanması ixtisaslarının artırılması üçün tədbirlər görülməsi;

7.16. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə şikayətlərə baxılması qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməsi;

7.17. Komitənin strukturunun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görülməsi;

7.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.".

9. 9-cu bənddə "vəzifə funksiyalarını" sözləri "vəzifələrini" sözü ilə əvəz edilsin.

10. 9.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"9.2. dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi məqsədi ilə dini qurumların nümayəndələrini müvafiq mütəxəssisləri cəlb etmək;".

11. 9.9-cu bənd çıxarılsın.

12. 9.10-cu bənddə "formalarda" sözü "qaydada" sözü ilə əvəz edilsin.

13. 9.11-ci bənddən "Dini qurumların dövlət qeydiyyatını həyata keçirmək," sözləri çıxarılsın.

14. Əsasnaməyə aşağıdakı məzmunda 9.14-1 - 9.14-3-cü bəndlər əlavə edilsin:

"9.14-1. öz səlahiyyətləri daxilində dövlət yerli özünüidarəetmə orqanlarına, fiziki hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək onlardan belə məlumatları (sənədləri) almaq;

9.14-2. dini qurumların fəaliyyəti ilə bağlı mübahisəli məsələlərin qanun çərçivəsində tənzimlənməsində iştirak etmək, yaranmış problemlərin həlli barədə müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırmaq;

9.14-3. dini ayinlərin icrası ilə əlaqədar vətəndaşların dini qurumların hüquqlarının qorunması məsələsinin dövlət orqanları tərəfindən müzakirə olunmasında iştirak etmək;".

15. 9.15-ci bənddə "izahatlar" sözü "izahlar" sözü ilə əvəz edilsin.

16. Əsasnaməyə aşağıdakı məzmunda 9.22-1 - 9.22-5-ci bəndlər əlavə edilsin:

"9.22-1. dövlət-din münasibətlərinin tənzimlənməsi müvafiq qanunvericiliyin icrasına nəzarətin həyata keçirilməsi ilə bağlı vaxtaşırı müşavirələr keçirmək;

9.22-2. müvafiq beynəlxalq tədbirlərdə müəyyən edilmiş qaydada iştirak etmək öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasını təmsil etmək;

9.22-3. yerlərdə dini durumu öyrənmək üçün yerli icra hakimiyyəti orqanları ilə mütəmadi əlaqələr saxlamaq;

9.22-4. islam dininə aid ibadət yerlərinin rəhbərliyinə təyin edilən din xadimləri barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat almaq;

9.22-5. dövlət-din münasibətləri sahəsində məqsədli proqramlar hazırlamaq həyata keçirmək;".

17. "IV. Komitənin fəaliyyətinin təşkili" fəslinin adında "IV" rəqəmi "V" rəqəmi ilə əvəz edilsin.

18. 10.2-ci bəndin ikinci cümləsində "yetirilməsi" sözündən sonra " hüquqların həyata keçirilməsi" sözləri əlavə edilsin, "şəxsi" sözü "şəxsən" sözü ilə əvəz edilsin.

19. 10.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Komitə sədrinin müavini ona Komitənin sədri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir bunun üçün şəxsən məsuliyyət daşıyır;".

20. 10.5-ci bənddə:

20.1. üçüncü dördüncü abzaslar aşağıdakı redaksiyada verilsin:

"müəyyən edilmiş struktur, əməkhaqqı fondu işçilərin say həddi daxilində Komitənin aparatının, tabeliyində olan qurumlarının strukturunu, ştat cədvəlini ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir, Komitənin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir;

qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir nəzarəti həyata keçirir;";

20.2. beşinci-doqquzuncu abzaslar müvafiq olaraq altıncı-onuncu abzaslar hesab edilsin bəndə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

"Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;".

21. 10.6- bənddən "şəxsi" sözü çıxarılsın.

22. 10.7-ci bənddə:

22.1. birinci abzasın ikinci cümləsində "üçdə iki hissəsi" sözləri "yarıdan çoxu" sözləri ilə əvəz edilsin;

22.2. birinci abzasın dördüncü cümləsi beşinci cümlə hesab edilsin abzasa aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

"Komitənin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiyanın sədrinin səsi həlledici hesab edilir.";

22.3. ikinci abzas üçüncü abzas hesab edilsin bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Komitənin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Komitənin sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Kollegiyanın üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.";

22.4. üçüncü abzasda "rəhbərləri" sözü ", qeyri-hökumət təşkilatlarının" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 4 noyabr.- S. 3.