Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

Noyabrın 3- Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın 2009-cu il 27 oktyabr tarixli iclasının protokolu təsdiq edilmişdir. Sonra Mərkəzi Seçki Komissiyası 2009-cu il dekabrın 23- təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Liberal Demokrat partiyalarının səlahiyyətli nümayəndələrinin təsdiq olunması barədə qərar qəbul etmişdir.

İclasda 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci, 28 saylı Sabunçu üçüncü, 29 saylı Səbail, 112 saylı Qax 117 saylı Oğuz-Qəbələ seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.

MSK-nın iclasında cari məsələlərə baxılmışdır. İclasda ATƏT-in Bakı ofisinin, ABŞ Böyük Britaniya səfirliklərinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 noyabr.- S. 6.