Heydər Əliyev Fondu ilə tanışlıq rumıniyalı gənclərdə xoş təəssürat yaratmışdır

 

Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycana səfərə gələn bir qrup buxarestli gənc noyabrın 3- fondla tanış olmuşlar.

Qonaqlara fondun vəzifələri fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi təbliği olan fond uşaq gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir.

Buxarestli gənclər ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden medallara maraqla baxmışlar.

Müasir müstəqil Azərbaycanın banisi qurucusu ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur. Məlumat verilmişdir ki, ümummilli liderin ölkəyə rəhbərlik etdiyi dövr tariximizə sabitlik inkişaf mərhələsi kimi daxil olmuşdur.

Qonaqlar fondun çoxşaxəli fəaliyyətindən bəhs edən filmə baxmışlar.

Buxarest şəhərinin gəncləri fondun icraçı direktoru Anar Ələkbərovla da görüşmüşlər. Onlar bu səfərin təşkilinə Azərbaycanla daha yaxından tanış olmaq imkanı yaradıldığına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.

Diqqətə çatdırılmışdır ki, 15 nəfər rumıniyalı gənc noyabrın 9-dək Azərbaycanın müxtəlif bölgələrinə səfər edəcək, ölkəmizin görməli yerləri, mədəniyyəti ilə yaxından tanış olacaqlar.

Səfər Buxarest meriyası ilə gənclər sahəsində əməkdaşlıqla bağlı əldə olunmuş razılıq əsasında həyata keçirilir. Əməkdaşlıq çərçivəsində noyabrın 9-da Azərbaycanın bir qrup gənci Rumıniyaya qarşılıqlı səfər edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 noyabr.- S. 4.