"Xocalıya ədalət" kampaniyasının əlaqələndiricilərinə sertifikatlar təqdim olunmuşdur

 

Bakıda Dialoq Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) Azərbaycan Respublikası Rabitə İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil etdiyi "Rəqəmsal texnologiyalar dövrü yeni nəsil: informasiya kommunikasiya texnologiyaları sahəsində gənclərin biliklərinin artırılması" mövzusunda beynəlxalq konfrans çərçivəsində noyabrın 3- "Xocalıya ədalət" kampaniyasının əlaqələndiriciləri ilə görüş olmuşdur.

Görüşdə DƏİKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak etmişdir.

DƏİKGF baş katibi Elşad İsgəndərov beynəlxalq kampaniyaların həyata keçirilməsində informasiya kommunikasiya texnologiyalarının rolunu yüksək qiymətləndirmiş, DƏİKGF mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlərdən danışmışdır.

DƏİKGF mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bildirmişdir ki, kampaniyanın başlanmasından az müddət keçməsinə baxmayaraq, çox görülmüşdür. Bu, bir daha təsdiq edir ki, biz birlikdə olanda daha çox işlər görə bilərik.

Leyla Əliyevanın başçılığı altında təşkil edilmiş kampaniya üzrə dünyanın 20-dən çox ölkəsindən gəlmiş milli əlaqələndiricilərin iştirakı ilə keçirilən iclasda kampaniyanın 2010-2011-ci illərdə daha səmərəli təşkili üçün konkret təkliflər ətrafında müzakirələr aparılmışdır. Milli əlaqələndiricilər, Niderlandı təmsil edən tanınmış jurnalist sənədli filmlər üzrə rejissor Qert van Dam, Litva Gənclər Şurasından İeva Lukoseviç, Latın Amerikası Gənclər Forumunu təmsil edən Culiana Fuentez Diaz, Şri-Lankadan olan Qlobal Yaşıllar Hərəkatının nümayəndəsi Sanka Abayavardena müzakirələrdə fəal iştirak etmişlər.

Sonda milli əlaqələndiricilərə sertifikatlar təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-4  noyabr.- S. 4.