Bakıda "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilir

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) 40 illik yubileyinə həsr olunmuş "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilir.

Azərbaycan, Türkiyə, Almaniya, Rumıniya digər ölkələrdən olan alim mütəxəssislərin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələrinin iştirak etdikləri tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış edərək Radiasiya Problemləri İnstitutunda geniş səmərəli elmi tədqiqatlar aparıldığını, uğurlu nəticələr əldə olunduğunu bildirmişdir.

İnstitutda elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirildiyini, onun beynəlxalq əlaqələrinin genişləndiyini qeyd edən akademik M.Kərimov elm müəssisəsinin alimlərini əlamətdar gün münasibətilə təbrik etmişdir.

Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

RPİ- radiasiya fizikası kimyası, radiasiya fizikası radiasiya materialşünaslığı, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi digər istiqamətlər üzrə tədqiqatlar aparılır.

Radiasiya Problemləri İnstitutu ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əməkdaşlığın 2002-ci ildən, AEBA-nın Beynəlxalq Nüvə Məlumatlar Sisteminin (İnternational Nuclear Information System-İNİS) Azərbaycan bölməsinin yaradılması layihəsindən başlandığını xatırladan A.Qəribov qeyd etmişdir ki, ikiillik layihə çərçivəsində RPİ nəzdində AEBA-nın Beynəlxalq Nüvə Məlumatlar Sistemi Mərkəzi təşkil olunmuşdur.

Radiasiya Problemləri İnstitutu dünyanın ayrı-ayrı elm mərkəzləri, qurumları, beynəlxalq təşkilatları, o cümlədən ABŞ-ın Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Administrasiyası ilə əməkdaşlığı genişləndirmişdir.

A. Qəribov institutda qazanılan digər nailiyyətləri diqqətə çatdırmışdır.

Çıxış edən AEBA-nın nümayəndəsi Maria Luisa Soares Botelho, AMEA-nın Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev digər natiqlər Radiasiya Problemləri İnstitutunda aparılan elmi tədqiqatların əhəmiyyətindən danışmış, alimlərə yeni nailiyyətlər arzulamışlar.

Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri geniş müzakirə olunmuş, təkliflər verilmişdir.

Sonra bölmə iclasları keçirilmişdir.

Beynəlxalq konfrans noyabrın 5- başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-4 noyabr.- S. 5.