Ankara Universitetinin nümayəndələri Azərbaycan Dillər Universitetində olmuşlar

 

Görüşdə ADU-nun rektoru, Milli Məclisin beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri professor Səməd Seyidov universitetlərarası əlaqələrin genişləndirilməsindən, Azərbaycan ilə Türkiyə arasındakı qədim tarixə malik əlaqələrdən danışmışdır.

Rektor diqqətə çatdırmışdır ki, bu günlərdə Türkiyə Böyük Millət Məclisinin üzvləri Azərbaycanda səfərdə olmuşlar. Səfər zamanı parlament üzvlərinin ildə 2 dəfə toplantı keçirməsi barədə razılıq əldə olunmuşdur. Bu görüşləri təhsil sahəsində gerçəkləşdirməliyik. ADU-nun xarici əlaqələrindən danışan professor S.Seyidov demişdir ki, Türkiyənin Hacıtəpə Universiteti ilə əlaqələrimiz başqa universitetlərlə əlaqələrimizə bir nümunədir. Biz əlaqələrimizi daha da genişləndirməliyik.

Görüşdə türkiyəli qonaqlar iki qardaş ölkə arasında münasibətlərin möhkəmlənməsi, yüksək səviyyəyə çatdırılması üçün universitetlərarası əlaqələrin daha da genişləndirilməsinin böyük rol oynadığını bildirmişlər.

Sonra tərəflər arasında müzakirələr aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 noyabr.- S. 7.