"Azərbaycan
Respublikası hökuməti
və Suriya Ərəb Respublikası hökuməti arasında sərmayələrin təşviqi
və qarşılıqlı
qorunması haqqında"
sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası hökuməti və Suriya Ərəb Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" 2009-cu il iyulun 8-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2009-cu il
Azərbaycan.-
2009.- 5 noyabr.- S. 3.