“İctimai televiziya
və radio yayımı haqqında” Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavə edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 11, maddə 888; 2006-cı il, ¹ 3, maddə 224, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 5, maddələr 435, 442, ¹ 12, maddə 1218) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 14.4-14.12-ci maddələr çıxarılsın.
2. Aşağıdakı məzmunda 14.4-cü maddə əlavə edilsin:
“İctimai yayım proqramlarında (verilişlərində) reklam ”Reklam haqqında” və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanır və yayımlanır .”.
3. 20.1.4-cü maddədə “3 müavinini” sözləri “müavinlərini” sözü ilə əvəz edilsin.
4. 20.4-cü maddədə “iki” sözü “altı” sözü ilə əvəz edilsin.
5. 26.2-ci maddədə “2010-cu il” sözləri “2014-cü il” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2009-cu il
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 4.