"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri kurortlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹8, maddə 472; 2001-ci il, ¹3, maddə 148; 2002-ci il, ¹5, maddə 238; 2003-cü il, ¹4, maddə 178; 2004-cü il, ¹2, maddə 57, ¹4, maddə 201; 2008-ci il, ¹ 2, maddə 47) 62-ci maddəsinin 2.8-ci bəndində "mühafizə-sağlamlıq" sözləri "müalicə-sağlamlaşdırma" sözləri ilə əvəz edilsin, həmin maddənin 4-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Müalicə-sağlamlaşdırma yerləri və kurortlar beynəlxalq, ölkə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər.".

II. "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹7, maddə 479; 2003-cü il, ¹1, maddə 8; 2004-cü il, ¹2, maddə 57; 2006-cı il, ¹8, maddə 657; 2007-ci il, ¹8, maddə 745; 2008-ci il, ¹6, maddə 460; 2009-cu il, ¹2, maddə 43) 6-cı maddəsinin üçüncü hissəsinin birinci cümləsindən ", müalicə-sağlamlaşdırma yerləri və kurortlar" sözləri çıxarılsın, "xüsusi mühafizə olunan" sözlərindən əvvəl ", müalicə-sağlamlaşdırma yerləri və kurortlar isə beynəlxalq və ölkə əhəmiyyətli" sözləri əlavə edilsin.

III. "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹5, maddə 327) 3.3-cü maddəsinin birinci cümləsində "respublika" sözü "ölkə" sözü ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 5 noyabr.- S. 2.