"Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə
müvəkkili (ombudsman)
haqqında" Azərbaycan
Respublikasının Konstitusiya
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2009-cu il 19 iyun tarixli 832-IIIKQD nömrəli
Konstitusiya Qanununun tətbiq edilməsi haqqında
"Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının 2009-cu il 19
iyun tarixli 832-IIIKQD nömrəli Konstitusiya Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini
təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının Konstitusiya
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman)
haqqında" Azərbaycan Respublikasının Konstitusiya
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Konstitusiya Qanunundan irəli gələn
digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 3.