İctimai televiziya radio yayımı haqqındaAzərbaycan Respublikasının Qanununa dəyişikliklər əlavə edilməsi barədəAzərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında

 

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli 886-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilindəİctimai televiziya radio yayımı haqqındaAzərbaycan Respublikasının Qanununa dəyişikliklər əlavə edilməsi barədəAzərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2009-cu il.

 

Azərbaycan.- 2009.- 5 noyabr.- S. 4.