Azərbaycan Respublikası və
Rumıniya arasında
2009-cu il sentyabrın
28-də Buxarest şəhərində imzalanmış
sənədlər haqqında
1. Azərbaycan
Respublikası və Rumıniya arasında
2009-cu il sentyabrın
28-də Buxarest şəhərində imzalanmış
aşağıdakı sənədlər
təsdiq edilsin:
1.1. Azərbaycan
Respublikasının Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi və Rumıniyanın Rabitə və İnformasiya Cəmiyyəti
Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu;
1.2. Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
və Rumıniyanın
Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində
əməkdaşlığa dair Anlaşma Memorandumu.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bu sərəncamın
1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin
həyata keçirilməsi
üçün zəruri
tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın
ki, bu sərəncamın
1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirilməsi barədə
Rumıniya tərəfini
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 4.