Azərbaycan Respublikası və
İordaniya Haşimilər
Krallığı arasında
2009-cu il oktyabrın
12-də Əmman şəhərində imzalanmış
sənədlər haqqında
1. Azərbaycan
Respublikası və İordaniya Haşimilər
Krallığı arasında
2009-cu il oktyabrın
12-də Əmman şəhərində imzalanmış
aşağıdakı sənədlər
təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti
və İordaniya Haşimilər Krallığı
Hökuməti arasında
2010-2011-2012-ci illər üçün
elm və təhsil, mədəniyyət
və incəsənət,
gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı;
1.2. Azərbaycan
Respublikasının Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi və İordaniya Haşimilər Krallığının
İnformasiya və Kommunikasiya Texnologiyaları
Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları
sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bu sərəncamın
1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin
həyata keçirilməsi
üçün zəruri
tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın
ki, bu sərəncamın
1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirilməsi barədə
İordaniya Haşimilər
Krallığı tərəfini
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 4.