2009-cu il oktyabrın 8-də Bakı şəhərində
imzalanmış “Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
ilə Koreya Respublikasının Ərzaq,
Kənd Təsərrüfatı,
Meşəçilik və
Balıqçılıq Nazirliyi
arasında kənd təsərrüfatı sahəsində
əməkdaşlıq barədə
Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
1. 2009-cu il oktyabrın
8-də Bakı şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
ilə Koreya Respublikasının Ərzaq, Kənd Təsərrüfatı,
Meşəçilik və Balıqçılıq Nazirliyi
arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq
barədə Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən Memorandumun həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinə tapşırılsın
ki, bu Sərəncamın 1-ci bəndində göstərilən
Memorandumun qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə
Koreya Respublikası tərəfini xəbərdar etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2009-cu il.
Azərbaycan.- 2009.-5
noyabr.- S. 4.