"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri kurortlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri kurortlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli 882-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri kurortlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri kurortlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 5 noyabr.- S. 2.