Azərbaycan Respublikası Hökuməti
və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq
üzrə Birgə Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
tərkibi haqqında
2009-cu il iyulun 8-də
Bakı şəhərində imzalanmış və Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 453 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan
Respublikası Hökuməti və Suriya Ərəb
Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və
mədəni əməkdaşlıq üzrə Birgə
Komissiyanın yaradılması haqqında Anlaşma
Memorandumu»nun icrasını və ikitərəfli əlaqələrin
genişləndirilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikası Hökuməti və Suriya Ərəb
Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və
mədəni əməkdaşlıq üzrə Birgə
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi
aşağıdakı heyətdə təsdiq edilsin:
Komissiyanın həmsədri
İsmət Abasov - Azərbaycan
Respublikasının kənd təsərrüfatı naziri
Komissiyanın üzvləri:
İlqar Fətizadə
- Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Xələf Xələfov
- Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini
Sevinc Həsənova - Azərbaycan
Respublikası iqtisadi inkişaf nazirinin müavini
Gülməmməd
Cavadov - Azərbaycan Respublikası sənaye və energetika
nazirinin müavini
Musa Pənahov - Azərbaycan
Respublikası nəqliyyat nazirinin müavini
Teymur Mehdiyev - Azərbaycan
Respublikası mədəniyyət və turizm nazirinin
müavini
Elmar Qasımov - Azərbaycan
Respublikası təhsil nazirinin müavini
Abbas Vəlibəyov - Azərbaycan
Respublikası səhiyyə nazirinin müavini
Elmir Vəlizadə - Azərbaycan
Respublikası rabitə və informasiya texnologiyaları
nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi sədrinin
birinci müavini
Rauf Səlimov - Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsi sədrinin
müavini
Aftandil Babayev - Azərbaycan
Respublikası Mərkəzi Bankının İdarə Heyəti
sədrinin müavini
Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Mahir Əliyev - Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Suriya Ərəb Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 noyabr 2009-cu il.
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 2.