Azərbaycan Respublikası Hökuməti
və Litva Respublikası Hökuməti
arasında İkitərəfli
Əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
tərkibi haqqında
2008-ci il aprelin 21-də
Bakı şəhərində imzalanmış və Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 2876 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan
Respublikası Hökuməti və Litva Respublikası Hökuməti
arasında iqtisadiyyat, sənaye və enerji sahələrində
əməkdaşlıq haqqında Saziş»in icrasını və
iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikası Hökuməti və Litva Respublikası Hökuməti
arasında İkitərəfli Əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi
aşağıdakı heyətdə təsdiq edilsin:
Komissiyanın həmsədri:
Fazil Məmmədov - Azərbaycan
Respublikasının vergilər naziri
Komissiya həmsədrinin müavini:
Xələf Xələfov
- Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini
Komissiyanın üzvləri:
Niyazi Səfərov - Azərbaycan
Respublikası iqtisadi inkişaf nazirinin müavini
Gülməmməd
Cavadov - Azərbaycan Respublikası sənaye və energetika
nazirinin müavini
Musa Pənahov - Azərbaycan
Respublikası nəqliyyat nazirinin müavini
İlham Quliyev - Azərbaycan Respublikası kənd
təsərrüfatı nazirinin müavini
Firdovsi Əliyev - Azərbaycan
Respublikası ekologiya və təbii sərvətlər
nazirinin müavini
Teymur Mehdiyev - Azərbaycan
Respublikası mədəniyyət və turizm nazirinin
müavini
Abbas Vəlibəyov - Azərbaycan
Respublikası səhiyyə nazirinin müavini
İltimas Məmmədov
- Azərbaycan Respublikası rabitə və informasiya
texnologiyaları nazirinin müavini
İntiqam Babayev - Azərbaycan
Respublikası gənclər və idman nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin
birinci müavini
Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Nairə Şahtaxtinskaya - Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Litva Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 noyabr 2009-cu il.
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 2.