“Qazax rayonunun Alpout və Xanlıqlar bələdiyyələrinin tərkibində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə
“Qazax rayonunun Alpout və
Xanlıqlar bələdiyyələrinin tərkibində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan
qanunvericilik aktlarının“Qazax rayonunun Alpout və
Xanlıqlar bələdiyyələrinin tərkibində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
öz səlahiyyətləri
daxilində“Qazax rayonunun Alpout və Xanlıqlar bələdiyyələrinin
tərkibində dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunundan irəli gələn
digər məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2009-cu il.
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 3.