Qazax rayonunun
Alpout və Xanlıqlar bələdiyyələrinin
tərkibində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi qərara alıt:
I. Qazax rayonunun Alpout və Xanlıqlar bələdiyyələrinin tərkibində aşağıdakı dəyişikliklər edilsin:
1.Abbasbəyli, Fərəhli, Quşçu Ayrım və Məzəm kəndləri Alpout bələdiyyəsinin tərkibinə daxil edilsin.
2.Bala Cəfərli və Cəfərli kəndləri Xanlıqlar bələdiyyəsinin tərkibinə daxil edilsin.
II. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 12, maddə 689; 2001-ci il, ¹ 11, maddə 677; 2002-ci il, ¹ 5, maddə 237; 2003-cü il, ¹ 6, maddə 273, ¹ 8, maddə 419; 2004-cü il, ¹ 7, maddə 522, ¹ 10, maddə 784, ¹ 12, maddələr 982, 987; 2005-ci il, ¹ 4, maddə 283, ¹ 10, maddə 884; 2007-ci il, ¹ 3, maddə 212, ¹ 11, maddə 1051; 2008-ci il, ¹ 5, maddələr 346, 347, ¹ 8, maddə 708, ¹ 11, maddə 959; 2009-cu il, ¹ 4, maddə 214; Azərbaycan Respublikasının 2009-cu il 29 may tarixli 827-IIIQ nömrəli və 19 iyun tarixli 840-IIIQD nömrəli qanunları) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın 33-cü sırasında verilmiş “Qazax rayonu” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1.33.2-ci sırada “Alpout kəndi” sözləri “Abbasbəyli, Alpout, Fərəhli, Quşçu Ayrım və Məzəm kəndləri” sözləri ilə əvəz edilsin;
2.33.11-ci sırada “Xanlıqlar kəndi” sözləri “Bala Cəfərli, Cəfərli və Xanlıqlar kəndləri” sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2009-cu il.
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 3.