"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa "Su təchizatı tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa "Su təchizatı tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli 881-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa "Su təchizatı tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6- hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş qazdan istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.4. həmin Qanunun 13-cü maddəsinin 6- hissəsinin dördüncü abzasında nəzərdə tutulmuş qaz qurğusuna dair dövlət standartlarını müəyyən etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. "Su təchizatı tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş sudan istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.6. həmin Qanunun 26- maddəsinin 1-ci bəndinin beşinci abzasında nəzərdə tutulmuş paylayıcı su kəmərləri şəbəkəsinə, su tutarlarına (su anbarlarına), qoşulmalara, siyirtmələrə, kranlara dair dövlət standartlarını müəyyən etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. öz səlahiyyətləri daxilində "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa "Su təchizatı tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6- hissəsinin üçüncü cümləsində, 13-cü maddəsinin 6- hissəsinin dördüncü abzasında "Su təchizatı tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinin üçüncü cümləsində, 26- maddəsinin 1-ci bəndinin beşinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 5 noyabr.- S. 4.