Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının
baş katibi Hamadun Tureni qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi
Hamadun Tureni qəbul etmişdir.
Baş katib Hamadun Ture
ölkəmizdə keçirilən Beynəlxalq
telekommunikasiya və informasiya texnologiyaları sərgisində
yenidən iştirakından məmnunluğunu bildirmişdir. O,
Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində
inkişafa nail olunduğunun əhəmiyyətini qeyd
etmişdir. Hamadun Ture bu sektorda ölkəmizin həyata
keçirdiyi işlərin gələcəkdə də
uğurlu nəticələr verəcəyinə əminliyini
bildirmişdir.
Dövlətimizin
başçısı qeyd etmişdir ki, informasiya və
kommunikasiya texnologiyaları sahəsi Azərbaycanda nisbətən
yaxın zamanlarda inkişafa başlasa da, bu sektorda artıq
böyük irəliləyişlər əldə
edilmişdir.
"BAKUTEL-2009" 15-ci
yubiley Beynəlxalq telekommunikasiya və informasiya
texnologiyaları sərgisinin əhəmiyyətini qeyd edən
Prezident İlham Əliyev sərgiyə marağın getdikcə
artdığını və ildən-ilə daha da genişləndiyini
bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 5 noyabr.- S.2.