Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Patriarx Katalikosu II İlyanın başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də
Gürcüstan Patriarx Katalikosu II İlyanın
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Dövlətimizin
başçısı Azərbaycan ilə Gürcüstan
arasında münasibətlərin bütün istiqamətlərdə
uğurlu inkişafından məmnunluğunu bildirdi. Prezident
İlham Əliyev nüfuzlu din xadimlərinin iştirakı ilə
regionumuzda həyata keçirilən dinlərarası dialoqun
önəmini vurğuladı və bunun regionda
qarşılıqlı anlaşmaya, əməkdaşlığa
və təhlükəsizliyin bərqərar olunması
baxımından böyük imkanlar yaratdığını
qeyd etdi. Dövlətimizin başçısı
Gürcüstan Patriarx Katalikosu II İlyanın Bakıda
keçiriləcək "Dinlərarası dialoq:
qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa
doğru" beynəlxalq konfransında iştirakının əhəmiyyətini
vurğuladı və onun ölkəmizə səfərinin
uğurlu keçəcəyinə ümidvar olduğunu
bildirdi.
Gürcüstan Patriarx
Katalikosu II İlya gürcü Pravoslav kilsəsi, gürcü
xalqı və şəxsən öz adından dövlətimizin
başçısını salamlayaraq dedi: "Bir daha demək
istəyirəm ki, Gürcüstanda Sizi yaxşı
tanıyırlar və yaşadığımız mürəkkəb
dövrdə yeritdiyiniz müdrik siyasətə görə
Sizi sevirlər".
AzərTAc
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 2.