Rumıniyalı gənclər bir nömrəli uşaq evində və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşlar
Azərbaycanda səfərdə
olan Buxarest şəhərinin gənclərdən
ibarət nümayəndə
heyəti noyabrın
4-də Nizami rayonunda yerləşən
1 nömrəli uşaq
evində olmuşlar.
Qonaqlara məlumat verilmişdir ki, əsaslı təmir olunan 1 nömrəli uşaq evinin 120 sakini vardır. Burada 3 yaşından 18 yaşınadək uşaq
və yeniyetmələr
yaşayır. Uşaqların
bütün tələbatlarını
ödəyən, yüksək
zövqlə qurulan müəssisə müasir
standartlara cavab verir. Müəssisədə
uşaqların asudə
vaxtını səmərəli
təşkil etmək
məqsədi ilə bədii gimnastika, rəqs, rəssamlıq, xalçaçılıq, tikiş,
toxuculuq və digər dərnəklər
fəaliyyət göstərir.
Bildirilmişdir ki, bütün bunlar Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü
və dəstəyi sayəsində həyata keçirilmişdir.
Rumıniyalı gənclər
uşaq evində tərbiyə almış,
yaşı 18-dən yuxarı olan qızlar üçün
inşa edilmiş 50 mənzillik, 100 nəfərlik
yaşayış binasında
yaradılmış şəraitlə
də tanış olmuşlar.
Bildirilmişdir ki,
bu binanın istifadəyə verilməsi
çoxdan bəri ictimai narahatlığa səbəb olan ciddi bir problemin
həllinə yönəlmişdir.
Əvvəllər uşaq
evlərini tərk edən qızlar taleyin hökmünə buraxıldığından onların
sonrakı həyatını
izləmək bir çox hallarda mümkün
deyildi. Yeni yaşayış binası
bu problemin həllinə xidmət edəcəkdir. Binadakı
bütün mənzillər
mebel, televizor, paltaryuyan maşın və digər məişət avadanlığı
ilə təmin edilmişdir.
Uşaq evinin balaca sakinləri geniş konsert proqramı ilə çıxış etmişlər.
Burada gördüklərindən
məmnun qalan rumıniyalı qonaqlar demişlər ki, hətta Avropanın bir çox ölkələrindəki uşaq
evlərində bu çür yüksək şərait yaradılmamışdır.
Sonra gənclər
Bakının yaxınlığındakı
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşlar.
Onlara məlumat
verilmişdir ki, abidələrin qorunması,
eləcə də Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına
qoruğun daha da zənginləşdirilməsi
üçün 2008-ci ildə
burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır. Kompleksdə Abşeron yarımadasında
tapılmış və
eramızdan əvvəl
III-II minilliklərdən orta
əsrlərə qədər
dövrü əhatə
edən qayaüstü
rəsmlər, keramika,
məişət və
bəzək əşyaları,
silah və sikkələr, qədim yaşayış kompleksinin
konservasiya olunmuş qalıqları və digər eksponatlar yerləşdirilmişdir.
Buradakı eksponatlarla tanış olan qonaqlar muzey kompleksindən zəngin təəssüratla ayrılmışlar.
Rumıniyalı gənclərin gəzintisi Mir Möhsün Ağa ziyarətgahını tanışlıqla başa çatmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 7.