Xarici İşlər
Nazirliyində
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər
ki, noyabrın 4-də nazir Elmar
Məmmədyarov Koreya
Respublikasının ölkəmizdəki
səfiri Lü Kvanq Çulla diplomatik fəaliyyətinin
başa çatması
ilə əlaqədar
görüşmüşdür.
Görüşdə Lü Kvanq Çul Azərbaycanda Koreyanın səfiri olmasından məmnunluğunu bildirmiş, fəaliyyəti müddətində ölkələr arasındakı iqtisadiyyat, təhsil, mədəniyyət, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini, bu istiqamətdə XİN ilə faydalı əməkdaşlığı vurğulamışdır. Azərbaycandan xoş xatirələrlə ayrıldığını deyən diplomat, səfirliyin fəaliyyətinə göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirmişdir. Nazir E.Məmmədyarov Lü Kvanq Çula xoş arzularını bildirmiş və gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.
***
Noyabrın 4-də nazir Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) nümayəndəliyinin Azərbaycanda yeni təyin olunmuş rəhbəri, səfir Rolan Kobian ilə görüşmüşdür.
Etimadnaməsinin surətini nazirə təqdim edən səfir ölkəmizə təyinatından
şad olduğunu bildirmiş, fəaliyyəti
dövründə Azərbaycan
ilə Aİ arasında
münasibətlərin daha
da genişləndirilməsinə
xidmət edəcəyini
demişdir.
R.Kobianı yeni təyinatı münasibətilə təbrik
edən nazir E.Məmmədyarov Azərbaycan
ilə Aİ arasında
əlaqələrin yüksək
səviyyədə olmasından
məmnunluğunu ifadə
etmişdir.
Tərəflər Azərbaycan-Aİ
münasibətlərinin hazırkı
vəziyyəti və
bir sıra maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparmışlar.
AzərTAc
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 7.