Bakıda İkinci
Xəzər Beynəlxalq
mühafizə, təhlükəsizlik
və xilasetmə vasitələri sərgisi
keçirilir
Noyabrın 4-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
II Xəzər Beynəlxalq
mühafizə, təhlükəsizlik
və xilasetmə vasitələri sərgisi
öz işinə başlamışdır. Ekspozisiya
"BakuTel" 15-ci yubiley
Beynəlxalq telekommunikasiya
və informasiya texnologiyaları sərgisi
çərçivəsində keçirilir.
Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyinin Baş Mühafizə İdarəsi
və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının dəstəyi,
Böyük Britaniyanın
İTE Group PLC və onun Qafqaz üzrə
tərəfdaşı "İteca Caspian" şirkətləri bu sərginin təşkilatçılarıdır.
Azərbaycan, Belarus,
Almaniya, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Yaponiyanın 23 şirkəti
icazəsiz daxilolma əleyhinə siqnalizasiya,
mühafizə xidməti
üçün video-müşahidə və nəzarət, daxilolmaya nəzarət təhlükəsizlik
sistemləri, antiterror
və yoxlama avadanlıqları, rabitə
və xəbərdarlıq
qurğuları, mühəndis-texniki təhlükəsizlik vasitələri,
fərdi mühafizə
və xüsusi nəqliyyat vasitələrini
nümayiş etdirirlər.
Sərgidə banklar və digər maliyyə qurumları üçün kommersiya tipli nəqliyyat vasitələri nümayiş
etdiriləcəkdir. Almaniyanın
"Stoof" şirkəti
sərgidə maksimum zirehli mühafizəyə
malik "Volksvagen
T5" avtomobilinin təqdimatını
keçirmişdir. "Stoof"
şirkəti ən yeni texnologiyalardan istifadə etməklə hazırlanmış zirehli
gödəkçələri nümayiş etdirir.
Sərgi çərçivəsində
təhlükəsizlik məsələləri
mövzusunda seminarlar keçiriləcəkdir. Bu sərgi
təkcə xilasetmə,
yanğından mühafizə,
kompüterlərin mühafizəsi
vasitələrinin inkişafı
sahəsində nailiyyətlərin
nümayiş etdirildiyi
yer deyil, eləcə də məlumat mübadiləsi,
ideyaların formalaşdırılması,
həmçinin müxtəlif
istehsalat təhlükələrinə
qarşı əks-tədbirlərin görülməsi istiqamətində
səylərin birləşdirilməsi
üzrə imkanların
axtarışı mərkəzinə
çevriləcəkdir.
Sərgi noyabrın
7-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 7.