Uzaq səfərlər kapitanı

 

O gecə Mehriban ananın yuxusuna yenə dəniz gəldi. Vaqiədə gördü ki, bağından xeyli mer-meyvə dərib kənddən Bakıya, birbaşa dənizin qırağına gəlib. Burada da minib oğlunun gəmisinə. Birdən tufan qopur dalğalar şaxə qalxıb özünü gəmiyə çırpır. Ana oğluna gətirdiyi alma-armudu doğramaq üçün gümüş bıçaq da əlində, dayanıb göyərtədə. Dalğalar bu əntiq bıçağı ananın əlindən qoparmaq üçün onunla cəng-cidala çıxıblarE

 

Mehriban ana yuxudan həyəcan içində oyanıb yenə deyindi: "Min kərə demişəm ki, ay oğul, başına dönüm, amandır, çıx dənizdən! Gör neçə diplomun var, məgər sənə quruda bir tapılmayacaq? Sözüm ona kar eləmir. Deyir ki, ay ana, yolun yarısında atı dəyişməzlər".

Səhər açılar-açılmaz telefon telləri 500 kilometri bir göz qırpımında "yarıb" ana harayını Ağstafadan, Yuxarı Göycəli kəndindən Bakıya çatdırdı:

- Aybəniz!.. Alo, alo, ay bala, Vahid dənizdədir?

Gəlini onu tez sakitləşdirməyə çalışdı:

- Narahat olma, ana, Bakıda havalar mülayim keçir. Dəniz bu gün çox sakitdir.

O gün Xəzər, doğrudan da, təlatümsüz idi sinoptiklər bir dəyişiklik olacağını deməmişdilər. Amma həssas ana ürəyinin narahatlığı da əbəs deyildi.

..."Sabit Orucov" gəmisi Neft daşlarına gedən yolu hələ yarıya çatdırmamışdı. Hava yavaş-yavaş dəyişməyə başladı. Dənizçilər kapitan Vahid Qurbanova gözlənilən qasırğadan ehtiyat etdiklərini söylədilər. Kapitan isə bayaqdan vəziyyətin kəskin dəyişəcəyi halda hansı qərarı çıxaracağını müəyyənləşdirir, yüz ölçüb, bir biçirdi. Gəzişir, arada telefona yaxınlaşır, sahillə əlaqə saxlayırdı. Öz-özünə qərarını yəqinləşdirirdi: "Dayanmalı? İrəliləməli? Yox, yox. Belə havada Neft daşlarına yan almaq çətin olar. Yalnız geriyə dönməli!"

Birdən o, əmr verdi:

- Bakıya qayıdırıq!

Bütün heyət məəttəl qalmışdı. Belə vəziyyətdə tez bir zamanda qərar çıxarmaq, çıxış yolunu tapmaq kapitandan böyük səriştə cəsarət tələb edir. Həmin gün məhz bu keyfiyyətləri nümayiş etdirən kapitan Neft daşlarına apardığı onlarla insanın həyatını yarımçıq qırılmağa qoymadı. Onda Vahid Qurbanovun "Sabit Orucov" gəmisinin kapitanı təyin olunmasından cəmi bir neçə ay keçirdi.

- Çətin məqamlarda kapitanın çıxardığı qərar müzakirə edilmir. Ona görə bu, yeganə düzgün qərar olmalıdır... Deyirsiniz ki, kapitan saçlarını tez ağardıb. Saçlara bir-bir dən düşər. Mənim başım isə bir ayın içində ağarıb. 2000-ci ildə Atlantik okeanında sərasər iki sutka ağır yük gəmisində qasırğada qalandan sonra. Onda böyük sarsıntı keçirmişəm, - Vahid hər dəfə həmin qasırğanı xatırlayanda sanki o saatları təzədən yaşayır. İndi üzr istəyib siqaret yandırır. Sözünə davam edir:

- 48 saatın hər anında gəmi dəryanın dibinə enə bilərdi. Tanrıdan güc aldıq, gəmini xilas etdik, özümüzü .

Vahid Qurbanov limitsiz uzaq səfərlər kapitanıdır. Açması budur ki, o, istənilən növ gəminin kapitanı ola bilər. Tankerləri, quru yük sərnişin gəmilərini idarə etməyə icazəsi, bir növ lisenziyası var. Əlbəttə, Sakit, Atlantik Hind okeanlarında minlərlə mil məsafə qət etmiş bir kapitana belə bir ixtiyarın verilməsi təbiidir. Aralıq, Qara, Mərmərə, Adriatik dənizlərində qarşısındakı dalğalara "baş əydirəndə" , gəmiləri Cəbəl-Tariq boğazından "çıxaranda" da, Süveyş kanalından məharətlə keçəndə soydaşımız nəyə qadir olduğunu göstərə bilib.

O, Bakı Dəniz Yolları Məktəbinin yetirməsidir. Əmək fəaliyyətinin ilk illərində Xəzər Dəniz Gəmiçiliyində çalışıb. Gəmi matrosu olub, kapitanın baş köməkçisi vəzifəsinə qədər çatıb. Qiyabi yolla Novorossiysk Dənizçilik Akademiyasını bitirib. Deyir ki, bir sənəti seçməli, mükəmməl öyrənməli, peşəkarlıq sarıdan onun zirvəsinə çatmalısan. İki sənətə qulluq edənlər inciməsinlər, mən bunu düzgün saymıram.

1997-ci ildən Türkiyənin "Birləşik Yatırım Qrubu" "Aydos" şirkətlərinin gəmilərində kapitanın baş köməkçisi işləyəndə Vahid peşəkarlığını bir az da artırıb. 2000-ci ildən isə fasiləsiz olaraq "Kıran Şippinq Company" şirkətinin gəmilərində kapitan olub. Özü necə gəmilərdə! Ən çox yükgötürən (superbalker) gəmiləri idarə edib. Hətta o gəmilərdən birinin yükgötürmə qabiliyyəti 155 min ton, uzunluğu 280 metr olub. Belə gəmilərin idarə olunması asan məsələ deyil. Axı gəmilər qədər uzun olsalar, təhlükəyə bir o qədər tez məruz qalırlar.

Vahid həmişə beynəlmiləl heyətlə işləyib. Türk, rus, ingilis dillərini mükəmməl öyrənib. Bununla belə, öz ana dilinin bir kəlməsini yadından çıxarmayıb. Azərbaycan dilində danışanda nitqinə bircə əcnəbi sözü belə yaxın buraxmır.

Artıq bir ilə yaxındır Vahid Qurbanov Vətənindədir. Xəzər Dəniz Neft Donanmasının "Sabit Orucov" gəmisində çalışır. Qısa müddətdə gəmi ilə kapitan arasında dərin bir məhəbbət yaranıb. 23 nəfərlik heyət kapitan bir-birlərinə qarşılıqlı hörmət bəsləyirlər. Tələbkarlıq isə öz yerində.

- Gəmidə mütləq ciddi nizam-intizam olmalıdır. Adi bir misal. Burada hündürdən danışmaq, bir-birini uca səslə çağırmağ olmaz. Bu, yanlış olaraq təhlükə əlaməti kimi qəbul edilə bilər, - deyən Vahid Qurbanov üçün gəmisinin üskük boyda bir hissəciyi əzizdir. Axı Azərbaycan bayrağı altında üzən hər bir gəminin ərazisi məntiqlə Vətənin kiçik bir hissəsi hesab olunur.

Doğrudur, kapitan daha böyük dənizlərdə iri gəmilər idarə edib. Bununla belə, indi məsuliyyətinin heç əvvəlkindən az olmadığını söyləyir. Öz bortuna 449 sərnişin götürmək tutumunda olan bu gəmiyə minən hər bir insanın həyatı onun üçün çox əziz qiymətlidir. Üstəlik, qəlbində bir qürur hissi var: sərnişinləri igid dəniz neftçiləridir.

Gəmi hər gün Bakıdan Neft daşlarına uzanan 100 kilometrlik məsafəni qət edir geriyə dönür. Kapitan da, heyət gəminin məhz Sabit Orucovun - Neft daşlarının fatehlərindən birinin adını daşımasının qanunauyğun hal olduğunu söyləyir, bununla fəxr edir, etimadı doğrultmağa çalışırlar. Bu marşrutda biz sərnişin olmuşuq. "Sabit Orucov"la əfsanəvi dəniz şəhərinə gedib-qayıtmışıq. Kapitanın olub-keçənlər barədə söhbətlərinə qulaq asmışıq...

İllər çox sürətlə ötüb onu ömrün 47-ci pilləsinə, bugünlərdə isə oğul toyuna qovuşdursa da, kapitanımızın qəlbi əsl gənclik həvəsi ilə çırpınır. Odur ki, qarşıda hələ çoxlu uzaq səfərlər var. Sahillər, limanlar uzaq olsa da, belə kapitanla yollar həmişə yaxın rəvan olur.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2009.- 5 noyabr.- S. 10.