Azərbaycan Prezidenti İlham Əliyev Minsk və Slutsk
Mitropoliti, Belarus üzrə Patriarx Ekzarxı Filaretin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 5-də Minsk və Slutsk
Mitropoliti, Belarus üzrə Patriarx Ekzarxı Filaretin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Mitropolit Filaretin
ölkəmizə səfərinin əhəmiyyətini
vurğulayan dövlətimizin başçısı
Bakıda keçirilən "Dinlərarası dialoq:
qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa
doğru" Beynəlxalq konfransda qonağın
iştirakının önəmini qeyd etmişdir. Prezident İlham Əliyev
Mitropolit Filaretin ölkəmizə səfərinin, həmçinin
konfransda aparılacaq müzakirələrin xalqlarımız
arasında münasibətlərin inkişafı və eləcə
də dinlərarası dialoqun möhkəmlənməsi
baxımından faydalı olacağına əminliyini
bildirmişdir.
Ölkələrimiz arasında
mövcud olan qədim dostluğun yeni inkişafa kömək
edəcəyini vurğulayan Mitropolit Filaret münasibətlərimizin
möhkəm əsaslara malik olduğunu qeyd etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 6 noyabr.- S. 3.