Azərbaycan-Rusiya əlaqələri digər ölkələr üçün nümunə ola bilər

 

Azərbaycan Diplomatik Akademiyasında (ADA) ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşlər davam edir. Noyabrın 5- akademiyanın qonağı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin olmuşdur.

Xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayevin iştirakı ilə keçirilmiş görüşdə rusiyalı diplomat iki ölkə arasında münasibətlərin tarixindən hazırkı vəziyyətindən danışmış, Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın perspektivləri barədə fikirlərini akademiyanın magistrlərı xüsusi ixtisasartırma kurslarının iştirakçıları ilə bölüşmüşdür.

Azərbaycan-Rusiya əlaqələrindən danışan səfir bildirmişdir ki, iki ölkə arasında münasibətlər praqmatik əsaslar üzərində qurulmuş uğurla inkişaf edir. Ölkələrimizin siyasi rəhbərlikləri arasında münasibətlər yüksək səviyyədədir özü-özlüyündə unikaldır. Bu əlaqələr digər ölkələr üçün nümunə ola bilər.

V.Doroxin demişdir ki, keçən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2,4 milyard dollar təşkil etmişdir bu göstərici cari ildə qlobal maliyyə böhranı üzündən bir qədər aşağı düşsə , dövlətlərimiz qarşılıqlı faydalı əməkdaşlığı durmadan inkişaf etdirmək əzmindədir. 2008-ci ildə kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 400 milyon dollar təşkil etmiş, lakin bu rəqəm 10 dəfə artsa da, Rusiya bunu qəbul etməyə hazırdır. Bu maraq Azərbaycanın aqrar sənayesi məhsullarının yüksək keyfiyyətə malik olması ilə bağlıdır.

Diplomat qeyd etmişdir ki, bir çox sahədə olduğu kimi, Bakı ilə Moskvanın "Şimal-Cənub nəqliyyat dəhlizi" layihəsi üzrə əməkdaşlığı da nümunə ola bilər.

H.Paşayev V.Doroxin bu cür görüşlərin çox faydalı olduğunu bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 6 noyabr.- S. 5.