Azərbaycan xarici işlər
nazirinin müavini
ABŞ dövlət katibinin
siyasi və hərbi məsələlər
üzrə köməkçisi
ilə görüşmüşdür
ABŞ Dövlət Departamentinin rəsmi internet saytında yerləşdirilən
məlumatda bildirilir ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov noyabrın 4-də Vaşinqtonda öz işinə başlamış
11-ci ikitərəfli təhlükəsizlik
dialoqu çərçivəsində
ABŞ dövlət katibinin
siyasi və hərbi məsələlər üzrə köməkçisi Endryü
Şapiro ilə görüşmüşdür.
Tərəflər 2007-ci ilin iyul ayında keçirilmiş sonuncu dialoqun uğurunu xüsusi vurğulamışlar.
Dialoqun əsas müzakirə mövzusu beynəlxalq və regional təhlükəsizlik
məsələləri, dəniz
təhlükəsizliyi, terrorizm
və narkomaniya ilə mübarizə, sərhəd təhlükəsizliyi
və nüvə silahının yayılmaması
olmuşdur.
Azərbaycan.- 2009.- 6 noyabr.- S. 5.