Azərbaycan Rus İcmasının III qurultayının iştirakçılarına

 

Hörmətli qurultay iştirakçıları!

Əziz həmvətənlər!

Sizi - Azərbaycan Rus İcmasının III qurultayının iştirakçılarını ürəkdən salamlayır, hamınıza ən xoş arzularımı yetirirəm.

Cənubi Qafqazda ən böyük rus icmasının məhz bizim ölkəmizdə yaşaması Azərbaycanda tarixən mövcud olan etnik-dini tolerantlığın millətlərarası münasibətlərin sivil normalarla tənzimlənməsinin bariz nümunəsidir. Bu gün respublikamızda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşı üçün beynəlxalq prinsiplərə əsaslanan hüquq azadlıqlar təmin edilmişdir. Bütün milli azlıqlar kimi, rus əhalisi mövcud demokratik hüquqi şəraitdən hərtərəfli yararlanmaqla, azad şəkildə öz mili-mənəvi dəyərlərini, dil mədəniyyətini qoruyub inkişaf etdirməkdədir. İctimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi həyatın bütün sahələrində geniş təmsil olunan ruslar ölkədə gedən böyük yenidənqurma quruculuq işlərində, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində yaxından iştirak edirlər.

Minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, rus vətəndaşlarımız torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda da əsl vətənpərvərlik nümunələri göstərmişlər. Azərbaycanın ərazi bütövlüyü naminə canlarını fəda etmiş milli qəhrəmanlar - Yuri Kovalyov, Yevgeni Karlov, Viktor Seryoqin, Sergey Senyuşkin kimi qeyrətli oğullarımızın əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad olunur.

Bir sıra MDB ölkələrindən fərqli olaraq, müstəqillik qazandıqdan sonra Azərbaycanda rus dilindən istifadəyə bu dildə təhsilə heç bir məhdudiyyət qoyulmamışdır. Hazırda respublikamızda rus dilində onlarla orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqlarında rus bölmələri, zəngin elmi-pedaqoji ənənələri olan Bakı Slavyan Universiteti, Dövlət Rus Dram Teatrı, milli teatrların nəzdində rus truppaları həmişəki kimi fəaliyyət göstərməkdə davam edir. Televiziya radio kanallarında rus dilində daimi verilişlər yayımlanır, çoxsaylı mətbuat orqanları müxtəlif təyinatlı ədəbiyyat nəşr olunur. Keçən il Moskva Dövlət Universitetinin Bakı filialının açılması isə elmi-mədəni ictimaiyyətin həyatında diqqətəlayiq hadisə olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev cəmiyyətdə etnik-mədəni müxtəlifliyə milli dövlətçiliyimizin tarixi nailiyyəti kimi xüsusi həssaslıqla yanaşırdı. Biz bu siyasi xəttə sadiqik bundan sonra da Azərbaycanda etnik-dini dözümlülük prinsiplərinin bərqərar edilməsi, milli-mədəni müxtəlifliyin qorunub saxlanılması istiqamətində ardıcıl səylərimizi davam etdirəcəyik.

Əziz həmvətənlər!

Azərbaycanın Rus İcması təşkilatı fəaliyyət göstərdiyi illər ərzində ölkədə aparılan demokratik-hüquqi islahatlar prosesində azad vətəndaş cəmiyyəti quruculuğunda daim öz fəallığı ilə seçilmiş, Azərbaycan Rusiya dövlətləri arasında ictimai-mədəni əlaqələrin inkişafında, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində təqdirəlayiq işlər görmüşdür. Əminəm ki, təşkilatınız bundan sonra da respublikamızın rus icmasını layiqincə təmsil edəcək, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə sanballı töhfələr verəcəkdir.

Bu nəcib xeyirxah yolda hər birinizə cansağlığı xoşbəxtlik, qurultayınızın işinə uğurlar arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 1.