Din xadimləri ümummilli lider Heydər Əliyevin məzarını
və Şəhidlər xiyabanını ziyarət etmişlər
Qafqaz Müsəlmanları
İdarəsinin sədri, şeyxülislam Hacı
Allahşükür Paşazadə, Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Hidayət
Orucov, Belarus patriarxı Filaret və "Dinlərarası
dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa
doğru" mövzusunda Bakıda keçiriləcək beynəlxalq
konfransın iştirakçıları noyabrın 5-də Fəxri
xiyabana gələrək ümummilli lider Heydər Əliyevin
xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad
olunmuş, məzarı üstünə gül dəstələri
düzülmüşdür.
Sonra qonaqlar Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş
qəhrəman Vətən övladlarının məzarları
üzərinə qərənfillər düzmüş, "Əbədi
məşəl" abidəsinin önünə əklil
qoymuşlar.
Qonaqlara Şəhidlər
xiyabanının tarixi, Bakıda aparılan quruculuq işləri
barədə məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 6 noyabr.- S. 5.