Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti əlahəzrət Şeyx Xəlifə Bin Zaid Al Nəhəyana

 

Əlahəzrət!

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərini möhkəm dostluq sıx əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı işimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 6 noyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 1.