Azərbaycan tolerantlığı ilə dünyada
tanınan dövlətdir
"Dinlərarası dialoq: Qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa
doğru" mövzusunda Bakıda keçiriləcək
konfransda əsas məqsəd dindarların bir araya gəlməsi,
onlar arasında münasibətləri inkişaf etdirmək və
bir sıra məsələlərin sülh yolu ilə həllinin
tapılmasında dövlət rəhbərlərinə,
siyasi xadimlərə kömək göstərməkdir. Bu
sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Hacı Allahşükür Paşazadə
bildirmişdir.
Konfransın ölkəmizdə
keçirilməsinin əsas səbəbi kimi Azərbaycanın
artıq dünyada tolerantlığı ilə
tanınması ilə bağlı olduğunu qeyd edən
A.Paşazadə demişdir ki, burada həm xristian, həm yəhudi,
həm də müsəlman dini rəhbərlərinin bir araya
gəlməsi
vicdan azadlığının və tolerantlığın
nümunəsidir.
Belarus patriarxı Filaret bu
konfransa dəvət olunmasına, eləcə də
ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ziyarət
etməsinə imkan yaradıldığı üçün
dərin minnətdarlığını bildirmişdir.
Dinlərarası dialoqla
bağlı Belarus patriarxı qeyd etmişdir ki, biz 20 il əvvəl
müharibələr əleyhinə birgə səy göstərməyə
və əməkdaşlığa başlamışıq.
Biz bu sahədə bir sıra mühüm irəliləyişlərə
nail olmuşuq və bu missiyanı davam etdiririk.
AzərTAc
Azərbaycan.- 2009.- 6 noyabr.- S. 5.