Bakıda MDB Gəncləri Günləri keçirilir

 

Noyabrın 5- tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "MDB iştirakçısı olan dövlətlərin gənclər siyasəti: nailiyyətlər, problemlər perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilmişdir.Tədbirdə 120-dən çox gəncin iştirakı ilə birgə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov Azərbaycanda gənclərin təhsilinə göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, akademiya dünyanın bir çox nüfuzlu təhsil ocaqları ilə əməkdaşlıq edir. Bu da azərbaycanlı gənclərin xaricdə təhsilinə elmi fəaliyyətinə geniş imkan yaradır.

Qonaqlar Azərbaycanın təşkil etdiyi tədbirlərdə daim iştirak etdiklərini belə tədbirlərin gənclərin gələcək inkişafına müsbət təsir göstərdiyini vurğulamışlar. Azərbaycan xalqının adət-ənənələri, tarixi abidələrinə doğma münasibətin şahidi olduqlarını vurğulayan tədbir iştirakçıları bildirmişlər ki, bu, müxtəlif ölkələri təmsil edən gənclərə nümunə olmalıdır.

Gənclər idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, tədbir çərçivəsində faydalı fikir mübadiləsi aparılacaq, yeni dostluq münasibətləri qurulacaqdır. Bu gələcək əməkdaşlıq üçün çox vacibdir.

Noyabrın 7-dək davam edəcək MDB Gəncləri Günlərində gənc rəssam fotoqrafların əsərlərindən ibarət sərgi, yaradıcı gənclərin iştirakı ilə konsert mətbəx axşamı təşkil olunacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 6 noyabr.- S. 5.