Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilli qəbul etmişdir
Noyabrın 6-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilli qəbul etmişdir.
Prezident İlham Əliyev pravoslav kilsəsinin başçısını
salamlayaraq dedi:
- Zati-müqəddəsləri, Azərbaycana
xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Bu, dövlətlərimiz arasında əlaqələri
möhkəmləndirmək, habelə dinlərarası
dialoqu inkişaf etdirmək üçün
çox yaxşı imkandır. Sizin bugünkü tədbirlərdə
iştirak etməyiniz
onlara xüsusi önəm verir və biz çox
qiymətləndiririk ki,
Siz gərgin iş cədvəlinizə
baxmayaraq, bu səfər üçün
vaxt tapmısınız.
Əminəm ki, bu səfər dövlətlərimiz arasında
çox dinamik və səmərəli inkişaf edən, ölkələrimizə
və xalqlarımıza
fayda gətirən münasibətlərin dərinləşməsinə
kömək edəcəkdir.
Bir daha xoş gəlmisiniz.
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan dövlətinin
başçısına təşəkkürünü
bildirərək dedi:
- Cənab
Prezident, mən qonaqpərvər, gözəl
Azərbaycan torpağına
qədəm qoyan kimi Sizinlə - Azərbaycan xalqının
görkəmli lideri ilə görüşmək
imkanına və dinlərarası münasibətlərin
səviyyəsinə, Azərbaycanda
pravoslav kilsəsinin vəziyyətinə, müsəlmanlar
və xristianlar arasında əməkdaşlığa görə
Sizə ürəkdən
təşəkkürümü bildirirəm. Bu baxımdan, Azərbaycan örnək ölkədir.
Gündəlikdə heç
bir problem yoxdur. Bu, çox
az təsadüf edilən haldır. Mən təyyarədə
olarkən düşünürdüm
ki, hər halda hansısa problemlər olmalıdır.
Lakin həmkarlarım
məni inandırdılar
ki, gündəlikdə
heç bir problem yoxdur. Bu, əlbəttə, Sizin qayğınızdan,
hökumətinizin qayğısından,
dinlərarası, mədəniyyətlərarası
dialoqun səviyyəsindən
xəbər verir. Bu, praktik dialoqdur.
Bu, insan qəlblərinin dialoqudur.
Bu, cəmiyyəti, insanları birləşdirir
və bunu qeyd etmək mənim üçün çox xoşdur.
AzərTAc
Azərbaycan.- 2009.-7
noyabr.- S. 2.