Azərbaycan Prezidenti İlham Əliyev Çeçenistan
Prezidenti Ramzan Kadırovu qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 6-da Çeçenistan Respublikasının
Prezidenti Ramzan Kadırovu qəbul etmişdir.
Prezident Ramzan Kadırovun Bakıda keçirilən tədbirlərdə
iştirakından məmnunluğunu
bildirən dövlətimizin
başçısı onun
Azərbaycana səfərinin
əlaqələrimizin perspektivlərinin
müzakirəsi üçün
yaxşı imkan yaratdığını demişdir.
Azərbaycan və çeçen xalqlarının
əsrlər boyu davam edən dostluq münasibətlərini
yüksək qiymətləndirən
Prezident İlham Əliyev Çeçenistanda
aparılan bərpa, yenidənqurma işlərinin
və inkişafın
ölkəmizdə izlənildiyini
bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Çeçenistan arasında
qarşılıqlı fəaliyyət
və iqtisadi əlaqələrin inkişafı
üçün yeni yolların müəyyənləşdirilməsinin
zəruriliyini vurğuladı.
Prezident İlham Əliyev Ramzan Kadırovun rəhbərliyi
ilə Çeçenistanın
bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini diqqətə çatdırmışdır.
Xalqının ən çətin vaxtlarında Azərbaycanın onun həmvətənlərinə sığınacaq verdiyini və yüksək qayğı göstərdiyini yada salan Prezident Ramzan Kadırov öz adından və çeçen xalqı adından dövlətimizin başçısına minnətdarlığını bildirmiş və çeçen xalqının bunu heç vaxt unutmayacağını demişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 7 noyabr.- S. 2.