Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini
və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul
etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri
Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu
(Rusiya), Robert Bradkeni (ABŞ) və ATƏT-in fəaliyyətdə
olan sədrinin xüsusi nümayəndəsi
Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli ilə bağlı danışıqların
hazırkı vəziyyəti
və perspektivlərinə
dair məsələlər
ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 7 noyabr.- S. 2.