İsveçrənin Bazel
şəhərində "Baku Unlimited" sərgisi keçiriləcəkdir
2009-cu il noyabrın
10-dan 29-dək İsveçrə
Konfederasiyasının Bazel
şəhərində İsveçrədə
Azərbaycan Mədəniyyət
İli "Culturescpes
2009-Azerbaijan" layihəsi çərçivəsində "Baku Unlimited" adlı sərgi keçiriləcəkdir.
Sərgini təşkil etmək məqsədilə
Mədəniyyət və
Turizm Nazirliyin təsviri və dekorativ sənət sektorunun müdiri, əməkdar incəsənət
xadimi Leyla Axundzadənin rəhbərliyi
ilə üç nəfər rəssam Bazel şəhərinə
ezam olunublar.
Sərgidə müxtəlif
nəsilləri təmsil
edən 26 rəssamın
rəngkarlıq, fotoqrafiya,
videoart əsərləri
nümayiş etdiriləcəkdir.
AzərTAc
Azərbaycan.-
2009.-7 noyabr.- S. 3.