Korrupsiya əleyhinə mübarizə gücləndirilir

 

Azərbaycan Respublikası Milli Məclisinin mətbuat xidmətindən bildirmişlər ki, noyabrın 7-dən 13-dək Qətərin Doha şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına dair III iclas Parlamentlərin Korrupsiya əleyhinə Qlobal Təşkilatının (GOPAC) növbəti toplantısı keçiriləcəkdir.

Tədbirlərdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak edəcəkdir.

Dünyanın bir sıra aparıcı ölkələrinin mütəxəssislərinin dəvət olunduğu bu iclaslarda BMT-nin Korrupsiya əleyhinə Konvensiyasından irəli gələn məsələlərin üzv ölkələrdə həyata keçirilməsi, bu sahədə parlamentlərin rolu, əməkdaşlıq məsələləri görülən işlər barədə fikir mübadiləsi aparılacaqdır.

İclaslarda deputat Bəxtiyar Əliyev Milli Məclisdə korrupsiya əleyhinə qəbul edilmiş qanunlar normativ hüquqi aktlar, onlara edilmiş dəyişikliklər haqqında ətraflı məlumat verəcək, bu barədə fikirlərini bölüşəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 3.