"Bakı Dövlət Universiteti-90" kitabı
çap edilmişdir
90 illik yubileyini qeyd edən Azərbaycanın ilk təhsil ocağı Bakı Dövlət Universiteti (BDU) haqqında kitab çap edilmişdir.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmovun müəllifi olduğu toplu "Bakı Dövlət Universiteti-90" adlanır.
"Bakı Universiteti" nəşriyyatında çap edilmiş kitabın redaktorları professor İsmayıl Əliyev və dosent Fikrət Şiriyevdir.
Kitabda universitetin 90 ildə keçdiyi çətin və şərəfli tarixi yol zəngin faktlar əsasında işıqlandırılmış, təhsil ocağının fəaliyyət dövrləri, beynəlxalq əlaqələri geniş şərh edilmişdir. Eyni zamanda, kitabda universitetin müasir inkişaf göstəriciləri, fakültələri, kafedraları və digər qurumları haqqında ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, kitab müxtəlif elm sahələrində çalışan ziyalılar və geniş oxucu kütləsi üçün dəyərli mənbə hesab oluna bilər.
AzərTAc
Azərbaycan.- 2009.- 7 noyabr.- S. 3.